Bayqus serverlərinizi, PC-lərinizi və şəbəkə cihazlarınızı 24/7 izləyir — firewall arxasında, kənar monitorların kor qaldığı yerdə. Agent bizə outbound TLS ilə push edir; siz bir dənə də port açmırsınız.
UptimeRobot və ya PRTG kimi xidmətlər cihaza kənardan zəng edir — firewall arxasındakı switch-i, printeri, daxili serveri görmür. Bayqus-un agenti cihazın içindən bayıra push edir. Nəticə: NAT arxası tam görünür, sizdə isə heç bir inbound port açılmır.
Bayqus, gecə ovçusu kimi, qaranlıqda — sizin şəbəkənizin içində — görür.
MÜŞTƏRİ SAHƏSİ (NAT ARXASI) → BAYQUŞ MƏRKƏZ
Monitorinq iki ayrı sualı cavablandırır. Bayqus hər ikisini eyni ekranda birləşdirir.
Web, mail, VPN, IP — dünyanın bir neçə nöqtəsindən yoxlanır. Yanlış alarmı azaldan çox-nöqtəli təsdiq.
Yüngül agent MQTT ilə metrik push edir. Agent qopan an broker LWT ilə anında “offline” yayır — bir neçə saniyə.
Server, PC, şəbəkə, printer, UPS və konteyner — hamısı bir dashboard, bir alert axını.
Public endpoint-lər çox nöqtədən yoxlanır — düşməni tapır, yanlış alarmı isə boğur.
200 OK bəs deyil. Cavabın statusuna, JSON gövdəsinə, header-inə və gecikməsinə assertion qoyun — “ayaqdadır, amma səhv cavab verir” halını tutur. Tək sorğu və ya çox-addımlı login axını.
CPU, RAM, hər disk, uptime, kritik xidmətlər və inventar — helpdesk problemi böyüməzdən əvvəl görünür.
Switch, router, firewall, printer (toner/kağız), UPS (batareya/yük) — agentsiz, tək collector ilə.
Siyasətlər və qaydalar təkrarı boğur; “təsdiqdən sonra alert” yanlış siqnalı kəsir. Telegram, e-poçt, webhook.
Public status səhifəsi ilə müştərilərinizə SLA-nı sübut edin — öz uptime-ınızı şəffaf göstərin.
Bütöv Kubernetes klaster tək cihaz kimi izlənir — bir pod, ns-lər, node-lar və iş yükləri bir baxışda.
İnternetsiz daxili maşınlar üçün çıxışı olan tək qutuya bir gateway qurun: izolə agentlər ona push edir, o isə hər şeyi bayıra ötürür. Cihazlar dashboard-da ayrıca görünür.
Sahədəki hər açıq server və ya PC collector ola bilər: həm öz metrikasını göndərir, həm də agent qoyula bilməyən cihazları — switch, printer, UPS — SNMP ilə yığıb push edir. Firewall-proxy qurmağa ehtiyac yoxdur.
Agent-push modeli onsuz da NAT arxasını görür. Gateway bir addım da irəli gedir: bəzi sahələrdə daxili server və PC-lərin ümumiyyətlə internet çıxışı yoxdur. Çıxışı olan tək qutuya bir gateway qurun — izolə agentlər LAN daxilində onun yerli brokerinə push edir, gateway isə hər şeyi outbound TLS ilə bayıra ötürür və enrollment/konfiqurasiya/OTA-nı proksi edir.
İnternetsiz maşınlar heç vaxt bayıra çıxmır, amma dashboard-da ayrı-ayrı cihaz kimi görünür. Həmin gateway SNMP site-collector-i də özündə birləşdirir — sahə başına bir qutu hər ikisini görür. İzolə agentlər gateway-i LAN-da avtomatik tapır (mDNS) və ya birbaşa ona yönləndirilir.
İşçi PC-lərində Bayqus yalnız sağlamlıq metrikalarını yığır. Ekran, klaviatura və ya fəaliyyət izləmə yoxdur — müştəri etimadı buradan başlayır.
Planlar metrik saxlama müddətini, agent tezliyini və monitor sayını təyin edir.
* Plan həddləri konfiqurasiya olunur.
60 saniyəyə qurun, bir port da açmadan bütün sahənizi görün. İlk cihaz pulsuzdur.